“Napoli” “Roma”dan ayrılan futbolçunu transfer etdi

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi bu yay “Roma”dan ayrılan və azad agent statusu daşıyan Juan Jezusu heyətinə qatıb.

Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı braziliyalı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Braziliya yığmasında da oynamış Juan Jezus, peşəkar karyerasına ölkəsinin “İnternasional” komandasında başlayıb. 2012-2016-cı illər aralığında isə o, İtaliyanın “İnter” klubunun uğurları üçün çalışıb. Müdafiəçi 2016-cı ildən “Roma”da çıxış edirdi. Paytaxt təmsilçisində 102 matça çıxan futbolçu, 1 qol da vurub.