“Neftçi” Almaniyanın 3-cü liqa klubuna böyük hesabla uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ikinci və sonuncu yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Valdhof”la qarşılaşıb.

Qeyd edək ki, “Valdhof” Almaniya 3-cü Bundesliqasında hazırda 20 xalla 16-cı pillədə qərarlaşıb. Lakin belə bir rəqiblə oynamasına baxmayaraq, Azərbaycan təmsilçisi biabırçı hesabla məğlub olub. Almanlar “ağ-qaralar”ın qapısından 3 cavabsız qol keçiriblər. Rəqib komandanın heyətində Kevin Qoden (9-cu dəqiqə), Bentli Bakster Ban (36) və Yezaya Herman (76) fərqləniblər.

Bakı təmsilçisinin baş məşqçisi Miodraq Bojoviç bu oyunda aşağıdakı futbolçulara ilk dəqiqələrdən oynamaq şansı yaradıb: 93. Rza Cəfərov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 44. Yuri Matias, 77. Yeqor Boqomolski, 99. Evin Koffi.
Bu oyunçular isə ilk dəqiqələrdən ehtiyatda yer alıblar: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli.

Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk yoxlama oyununda Türkiyənin “Ərzurumspor” komandasına 1:3 hesabı ilə uduzmuşdu.

Bu gün keçirdiyi yoxlama oyunu ilə Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində toplanışı başa vuran “Neftçi” sabah Bakıya qayıdacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: