“Neftçi” müdafiəçi Cabir Əmirli ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əmirli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt” klubunda çıxış edib. O, 2020/21 mövsümündə “Neftçi”nin heyətində 5 oyuna çıxıb.
Qeyd edək ki, “Neftçi” bu yay Keysuke Honda, Rener Alveş, Ahmed Ahmedov, Bruno Teluşi, Səlahət Ağayev, Anton Krivotsyuk, Stiven Jozef-Monroz və Tallison Diasla da yollarını ayırıb. Paytaxt klubu Rəhman Hacıyevlə Turan Vəlizadəni də “Keşlə”yə icarəyə verib.


