“Neftçi” Polşa klubuna qol vurmasına peşman oldu – VİDEO

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Polşanın “Medz Leqnitsa” komandası ilə qarşılaşıb.

Məşqçilər korpusu bu oyunda aşağıdakı heyətə güvənib:

Start heyət: 1. İvan Brkiç, 3. Höccət Haqverdi, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 7. Azər Əliyev, 11. Qodsvey Donyo, 16. Gilyerme Pato, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 91. Ağadadaş Salyanski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 94. Əlirza Müştəbazadə, 2. Mert Çelik, 20. Vüsal Əgərov, 92. Ömər Qurbanov, 51. David Orucov, 77. Yeqor Boqomolski, 18. Vato Arveladze.

“Qloria Qolf Klub”un stadionunda baş tutan matçın 15-ci dəqiqəsində “ağ-qaralar” açıblar. Amma qarşılaşmanın yekununda polşalılar 2:1 hesablı əzmkar qələbəyə seviniblər. Azərbaycan təmsilçisinin heyətində yeganə qolu Ağadadaş Salyanski vurub. Rəqib komandada isə 49 və 53-cü dəqiqələrdə Ancelo Henriqes dublunu rəsmiləşdirib.

Xatırladaq ki, “Neftçi” qardaş ölkədəki ilk yoxlama matçında Macarıstanın “Vaşaş” komandası ilə heç-heçə etmişdi – 1:1. “Ağ-qaralar” sonuncu oyununu yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubuna qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: