“Neftçi” Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar.
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.
“Qarabağ”la keçiriləcək oyun ərəfəsində paytaxt klubunun 3 futbolçusu zədəlidir. Bunlar qapıçı İvan Brkiç, yarımmüdafiəçilər Qara Qarayev və Ataa Caberdir. İlk iki oyunçu bir müddətdir zədədən əziyyət çəkir. Caberin isə topuğunda burxulma olub. Futbolçuların hər üçü müalicələrini davam etdirirlər.
Xatırladaq ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:00-da start veriləcək.


