“Neftçi” üçün 200-cü sülh

2024-cü ildəki ilk rəsmi matçında “Sabah”la qarşılaşan “Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.

Arena.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 19-cu turuna təsadüf edib.

“Ağ-qaralar” “Sabah”la səfər matçından qolsuz heç-heçə ilə ayrılıblar.

“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü sülhə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.

Qeyd edək ki, “neftçilər”in ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb – 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: