Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu çıxıb. Arena.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçisi olduğu “ağ-qaralar” Macarıstanın “Vaşaş” komandası ilə qarşılaşıb.
“Gloria Golf Club”un stadionunda keçirilən oyunda hesabı Bakı təmsilçisi açıb. 24-cü dəqiqədə Kenni Sayef “ağ-qaralar”ı hesabda önə keçirib. Amma macarlar 67-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıblar. Oyunda başqa qol vurulmayınca tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
Xatırladaq ki, Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan “Neftçi” qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
Regekampf Macarıstan klubu ilə oyunda aşağıdakı heyətə güvənib:
Start heyət: İvan Brkiç, Höccət Haqverdi, Solomon Kvirkveliya, Kenni Sayef, Azər Əliyev, Emin Mahmudov (k), Gilyerme Pato, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Yeqor Boqomolski, Ömər Qurbanov.
Ehtiyat oyunçular: Aqil Məmmədov, Rza Cəfərov, Əlirza Müştabazadə, Mert Çelik, Vüsal Əsgərov, Ömər Buludov, David Orucov, Ağadadaş Salyanski.


