“Neftçi” Xorxe Korreanı da transfer etdi – VİDEO

“Neftçi” növbəti transferini həyata keçirib. Arena.az xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasının heyətində 7 nömrəli formanı geyinəcək.

Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010-2018), “Defensores de Belqrano” (2012-2013) və Portuqaliyanın “Maritimo” (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər – Romen Bask, Huqo Basto və hücumçular – Ramon Maçado, Tyaqo Bezerranı transfer edib.