Braziliyalı superulduz, hücumçu Neymar PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməsi haqda şərh verib.
Arena.az bu barədə “Əl-Hilal”ın mətbuat xidmətinə istinadən məlumat verir:
“Mən burada yeni bir tarix yazmaq istəyirəm, Səudiyyə Ərəbistanı liqasında inanılmaz miqdarda keyfiyyətli oyunçular və enerji var. Liqa hazırda çox böyük artım nümayiş etdirir, buna görə, buranın çoxlarının can atacağı yer olduğuna əminəm.
“Əl-Hilal” fantastik azarkeşləri olan çox böyük klubdur, bütün Asiyada ən yaxşı komandadır. Hiss edirəm ki, mənim üçün ən yaxşısı olan klubla doğru zamanda düzgün qərar vermişəm, qalib gəlməyi və qollar vurmağı sevirəm. Bunu Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın heyətində davam etdirməyi planlaşdırıram”, deyə Neymar bildirib.
Xatırladaq ki, jurnalist Fabrisio Romanonun verdiyi məlumata görə, braziliyalı superulduz “Əl-Hilal”la iki illik müqavilə müqabilində təxminən 300 milyon avro qazanacaq.


