Neymar hamilə qadınını buraxıb gecə klubunda gözəllərlə əylənir

“Əl-Hilal”ın braziliyalı superulduzu, hücumçu Neymar İspaniyada gecə klublarının birində iki gözəlin əhatəsində peyda olub.

Arena.az bu barədə “Sportskeeda” dərgisinə istinadən məlumat verir.

Vurğulanır ki, müvafiq davranışı Neymarın pərəstişkarları arasında məyusluq yaradıb. Pərəstişkarları Neymarın hamilə sevgilsi Bruna Byankardi ilə münasibətini əsas gətirərək, ulduz futbolçunun davranışına haqq qazandırmayıblar.

Sevgilisi Byankardi də Neymarın bu əməlinə münasibətini bildirib:
“Günaydın, mən nə baş verdiyi haqda bilirəm və bir daha məyusam, lakin hamiləliyimin son mərhələsində diqqətim və narahatlığım qızıma yönəlib və hazırkı məqamda mənim düşünəcəyim hər şey budur. Sevgi ismarışlarına görə hamınıza təşəkkür edirəm”, – Byankardi sosial şəbəkə üzərindən paylaşıb.

Xatırladaq ki, Neymarın əvvəlki münasibətindən bir oğlu var. İndi oğlan 12 yaşındadır və vaxtaşırı sosial şəbəkələrdə ulduz futbolçunun uşaqla fotoşəkilləri peyda olur.

Daha əvvəl Neymar müvafiq davranışlara bir daha yol verməyəcəyi ilə bağlı Bruna Byankardiyə söz vermiş, onu sevdiyini və onunla xoşbəxt olduğunu etiraf etmişdi.

Xatırladaq ki, braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib və bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Braziliyalı superulduz geridə qalmış 2022/2023 mövsümündə mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionatını qazanıb.

“Əl-Hilal”a keçməsi ilə braziliyalı oyunçu uyğunlaşma və hazırllıq çərçivəsində məşqlər edərək, yüngül zədəsini müalicə etdirib. Cari mövsümdə o, “Əh-Hilal”ın heyətində 2 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 126 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: