“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar “X” sosial şəbəkəsindəki səhifəsində üçaylıq qızı Mevi ilə Milad fotolarını dərc edib.
Arena.az məlumat verir ki, Neymar fotoları “Şahzadəmizin ilk Milad bayramı”, deyə şərh edib.
Xatırladaq ki, qızcığazın anası braziliyalı model Bruna Byankardidir.
Vurğulayaq ki, noyabrın sonunda Bruna Neymardan ayrıldığını açıqlamışdı.
Neymar və Byankardi 2021-ci ildən bəri görüşüblər, amma romantik münasibətlərini gizli saxlayıblar. 2022-ci ilin yanvarında cütlük münasibətini ictimaiyyətə açıqlayıb.
Xatırladaq ki, 31 yaşlı braziliyalı ulduzun keçmiş sevgilisi Karolina Dantasdan Davi Luka adlı oğlu var.




