PSJ-nin braziliyalı ulduz futbolçusu Neymar və sevgilisi futbolçunu xəyanət etdiyi halda “sığortalayacaq” şərtlərlə bağlı razılığa gəliblər.
Arena.az bu barədə “Daily Mail”in “Em Off”a istinadı əsasında xəbər verir.
Bildirilir ki, indi braziliyalı futbolçu sevgilisi Bruna Byankardi ilə ictimaiyyətə çıxır.
Neymar və Bruna bu yaxınlarda körpə gözlədiklərini təsdiqləyiblər. PSJ-nin ulduz futbolçusu ikinci dəfə ata olacaq. 2011-ci ildə Neymarın başqa qadınla münasibəti nəticəsində bir oğlu doğulub.
Cütlüyün futbolçunun xəyanət etdiyi halda yerinə yetirməli olduğu üç şərti müəyyən etdiyi deyilir.
Əvvəla, futbolçu əlaqələrində “ehtiyatı gözləməlidir”. Eyni zamanda prezervativdən istifadə etməli, məşuqələrinin dodaqlarından öpməməlidir.
Yalnız şərtlərə əməl edərək, Neymar Byankardi ilə münasibətdə olmasına baxmayaraq, başqa qadınlarla da mazaqlaşa və hətta cinsi əlaqəyə də girə bilər.



:max_bytes(150000):strip_icc():focal(1046x495:1048x497):format(webp)/neymar-bruna-biancardi-1-eaec616551d94c7390c90efb4b33cd65.jpg)
:max_bytes(150000):strip_icc():focal(999x0:1001x2):format(webp)/neymar-bruna-biancardi-3-c8cf4749c92a476998e83b3cadb380e8.jpg)
:max_bytes(150000):strip_icc():focal(999x0:1001x2):format(webp)/neymar-bruna-biancardi-4-3e184f2d2a364d71a0b03040b4e7fcc8.jpg)
:max_bytes(150000):strip_icc():focal(749x0:751x2):format(webp)/neymar-bruna-biancardi-5-e944d36502754142a9704983c1f19b1d.jpg)





