Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar hamilə sevgilisi Bruna Byankardidən ictimaiyyət qarşısında üzr istəyib.
Arena.az bu xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesablarında yazıb.
Neymar sevgilisi Bruna Byankardi ilə şəxsi həyatları ictimaiyyətə açıqlandıqdan sonra üzr istəmək qərarına gəldiyini bildirib:
“Mən bunu həm bizim, həm də ailəmiz üçün edirəm. Heç bir bəraəti olmayan şeylərə bəhanə gətirirəm. Bizim həyatımızda sənə ehtiyacım var.
Sənin üçün nə qədər çətin olduğunu, necə əziyyət çəkdiyini və yanımda olmaq istədiyini görmüşdüm. Mənsə yox idim. Mən səhv etdim. Mən düzgün etmədim.
Meydanda və meydandan kənarda hər gün səhv etdiyimi deyə bilərəm. Lakin şəxsi həyatımda, ailəm və dostlarımla ünsiyyətdə buraxdığım səhvlərə görə yalnız mən cavabdehəm…
Bütün bunlar həyatımdakı ən xüsusi insanlardan birinin üzərinə uçub-töküldü. Xəyal etdiyim, yanımda olan qadına… Körpəmin anasına… Bu mənim ailəmə analıq kimi belə xüsusi bir məqamda toxundu…
Səhvlərimə görə artıq üzr istəmişəm, lakin bunu ictimai şəkildə etiraf etməyə ehtiyac duyuram. Əgər şəxsi həyat cəmiyyətə açılıbsa, üzrxahlıq ictimai olmalıdır.
Mən özümü sənsiz təsəvvür edə bilmirəm. Bilmirəm, bizimki alınacaqmı, amma cəhd etmək istədiyimə əminəm”.
Xatırdadaq ki, daha əvvəl Neymarla sevgilisi arasında xoşagəlməz xəyanət hadisəsi yaşanmış və bu, ictimaiyyətə sızmışdı.


