“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar yenə də seksual səpgidə qalmaqalla üzləşərək, məhkəməyə müraciət edib.
Arena.az bu barədə “Football365” dərgisinə istinadən məluamat verir.
Braziliyalı ulduz onunla intim münasibətdə olduğunu iddia edən qadına qarşı iddia qaldırıb.
Söhbət Sofiya Barklaydan gedir. Model iddia edir ki, 2021-ci ildə məclislərin birində Neymar və sörfçü Pedro Skubi ilə intim münasibətdə olub. Sofiya, Neymar cinsi əlaqə amili barədə məlumat verməsinin qadağan edildiyini, buna görə 3,7 min avro cərimə oluna biləcəyini söyləyib.
Barklay bildirib ki, o, dəfələrlə hücumçunun pərəstişkarlarından fiziki xəsarət alacağı ilə bağlı hədələrlə üzləşib.
Bu söz-söhbətdən xəbər tutmuş 31 yaşlı futbolçu dərhal məhkəməyə müraciət edib. O, özünə yetirilmiş mənəvi ziyana görə Sofiya Barklaydan 18 min avro məbləğində təzminat tələb edib.
Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.










