Futbol üzrə İspaniya milli komandasının heyətində iki aparıcı oyunçu – Niko Uilyams və Ferran Torres zədə səbəbindən düşərgəni tərk edib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
“Atletik”in 24 yaşlı vingeri Niko Uilyams UEFA Millətlər Liqasında Xorvatiya ilə oyundan sonra sol bud nahiyəsində ağrı hiss edib. Tibbi heyət futbolçunun vəziyyətini bir neçə gün ərzində nəzarətdə saxlayıb. Lakin ağrılar davam etdiyi üçün Uilyams cümə axşamı keçirilən məşqdə iştirak etməyib.
Aparılan əlavə tibbi müayinələrdən sonra İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbolçunu heyətdən çıxarmaq qərarına gəlib. Uilyams yaxın günlərdə Bilbaoya qayıdacaq və klubun həkimlərinin nəzarəti altında bərpa prosesinə başlayacaq.
Digər itki isə PSJ-nin hücumçusu Ferran Torresdir. 26 yaşlı futbolçu sol topuğundakı problem səbəbindən millinin düşərgəsini tərk edib. Başlanğıcda ağrılar onun məşq keçməsinə mane olmasa da, narahatlığın davam etməsi Torresin heyətdən çıxarılmasına səbəb olub.
Torresin əvəzinə Madrid “Real”ının hücumçusu Karlos Espi İspaniya millisinin düşərgəsinə dəvət olunub.
Qeyd edək ki, İspaniya oktyabrın 3-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Çexiyanı qəbul edəcək. Ardınca, komanda oktyabrın 6-da səfərdə Xorvatiya ilə qarşılaşacaq.


