İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Nikolo Barella ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə bu mövsümün sonuna qədər idi.
Nikolo Barella 2019-cu ildən “İnter”də çıxış edir. “Kalyari”nin yetirməsi olan futbolçu 2015-2020-ci illər aralığında bu klubun əsas komandasında 100-dən çox oyun keçirib. 2016-cı ildə qısa müddət “Komo”da da icarədə oynamış Barella, 2019/20 mövsümündə “İnter”ə icarəyə verilib. Məhz həmin mövsümdəki uğurlu çıxışından sonra Milan təmsilçisi onu birdəfəlik transfer edib. Yarımmüdafiəçi bu komanda bütövlükdə 102 matça çıxıb, 8 qol vurub.
Nikolo İtaliya yığmasının da üzvüdür. O, millidə keçirdiyi 33 matçda 7 qola imza atıb.


