Patrik Kutrone yenidən A Seriyasına qayıtdı

İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Patrik Kutrone yenidən icarəyə verilib. Arena.az xəbər verir ki, 23 yaşlı hücumçu İtaliyanın “Empoli” klubuna keçib.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kutrone 2021/22 mövsümünü icarə əsasında “Empoli”də keçirəcək.

İtaliya yığmasında bir oyuna çıxan Patrik Kutrone ötən mövsüm icarə əsasında İspaniyanın “Valensiya” klubunda çıxış edib. “Milan”ın yetirməsi olan hücumçu, 2019-cu ildən “Vulverhempton”dadır. O, daha öncə “Fiorentina”da da icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: