Paulo Souza Filippo İnzaqi ilə əvəzləndi

Futbol üzrə İtaliya A Seriyasında mübarzizə aparan “Salernitana” baş məşqçisi Paulo Souza ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, Salerno təmsilçisi A Seriyasında geridə qalan 8 turda qələbə qazanmayıb. Cəmi 3 heç-heçə etmiş komanda 5 görüşdə də uduzub və hazırda 3 xalla 20 iştirakçı arasında 19-cu sırada qərarlaıb.

Paulo Souza 2023-cü ilin fevral ayından “Salernitana”ya rəhbərlik edirdi. Portuqal mütəxəssis bu komandanı bütövlükdə 25 oyuna çıxarıb. Bu görüşlərdən cəmi 5-i qələbə ilə yekunlaşıb. 12 heç-heçə etmiş salernolular 8 dəfə də məğlubiyyətə üzülüblər.

43 yaşlı mütəxəssis İtaliya klubundan əvvəl Portuqaliyanın U-16, Polşanın əsas yığmasına, KPR, “Suonsi Siti”, “Lester Siti”, “Videoton”, “Makkabi” (Təl-Əviv), “Bazel”, “Fiorentina”, “Tianjin Quanjian”, “Bordo” və “Flamenqo” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Yeri gəlmişkən, artıq “Salernitana”nın yeni baş məşqçisi də məlumdur. Belə ki, A Seriyası təmsilçisi Filippo İnzaqiyə tapşırılıb. 50 yaşlı mütəxəssislə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər müqavilə imzalanıb.

Filippo İnzaqinin sonuncu iş yeri “Recina” olub. O, 2022-ci ilin yayından çalışdırdığı bu komandadan bu ilin avqustunda ayrılmışdı. İnzaqi daha öncə “Breşiya”, “Benevento”, “Bolonya”, “Venesiya” və “Milan”da da baş məşqçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: