Portuqaliya kubokunun qalibi bəlli oldu

Futbol üzrə Portuqaliya kubokunda 2020/21 mövsümünün qalibi məlum olub.

Arena.az xəbər verir ki, finalda “Braqa” ilə “Benfika” komandaları üz-üzə gəliblər.

Qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan “Braqa” kubokun sahibi olub.

“Braqa” klub tarixində 3-cü dəfə Portuqaliya kubokunu qazanıb. 1966 və 2016-cı illərdə də kubokun qalibi olmuş bu komanda, dörd dəfə də finalda uduzub.

Portuqaliyada ən çox kubok qazanmış komanda isə “Benfika”dır. 26 dəfə Portuqaliya kubokunu qazanan bu kollektivi “Portu” (17) və “Sportinq” (17) izləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: