“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının yarımfinalının “Bodo Qlimt”lə cavab oyunundan gözləntisini açıqlaıb.
Arena.az xatırladır ki, “mahmızlar” Londonda keçirilmiş ilk oyunda 3:1 hesablı üstünlük saxlayıblar.
Postekoqlu cavab matçından öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Biz bu oyuna mövsümün qalan hissəsində olduğu kimi yanaşırıq. Evdən uzaqda biz həqiqətən intizamlı olmuşuq. Oyunçularım yaxşıca müvəffəqiyyət qazanıblar, həmçinin cavab oyunlarında, bizə nə gərək olubsa, onu da etmişik. Bu dəfə fərqlidir, amma biz bu gün də məşq edirik. Hansı addım, hansı ab-hava, hansı şərtlər olmasından asılı olmayaraq, etməli olduğunuz xüsus həmişə var. Elə, bunu da biz sabah (artıq bu gün – redaktorun qeydi) edəcəyik”, – BBC yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, cavab oyunu çərçivəsində “Tottenhem” bu gün, mayın 8-də səfərdə “Bodo Qlimt”in “qonağı” olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


