Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün ikinci yarısına start veriləcək.
Arena.az xəbər verir ki, 27 günlük qış fasiləsi 19-cu turun matçları ilə başa çatacaq.
Üçüncü dövrənin ilk oyun günündə bir qarşılaşma baş tutacaq. 2024-cü ilin, üçüncü dövrənin, 19-cu turun və günün yeganə matçında “Sabah” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək.
2022/2023 mövsümünün mükafatçıları arasında Bakı derbisi Masazırda təşkil olunacaq. Cari mövsümdə hər iki komanda qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Xüsusilə də “Sabah” gözlənilməz nəticələri ilə az təəccübləndirməyib. “Sabah” hazırda 22 xalla 8-ci pillədə qərarlaşıb. “Neftçi” isə 28 xalla üçüncüdür.
Bu qarşılaşma əcnəbi mütəxəssislərin dueli olacaq. Rusiyalı Murad Musayev və “Neftçi”də debütü rəsmiləşəcək Miodraq Bojoviçin yetirmələri üz-üzə gələcəklər.
Xatırladaq ki, “Sabah”la “Neftçi” indiyə qədər 21 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə 3 heç-heçə qeydə alınıbsa, “bayquşlar” 5, “neftçilər” 13 qələbə qazanıblar. “Neftçi” son 2 qarşılaşmada qalib gəlməyib. “Sabah” son 3 ev görüşündə qol vurub və xal qazanıb.
19-cu turun qalan oyunları yanvarın 22-də və 23-də keçiriləcək.
Premeyr Liqa
19-cu tur
21 yanvar
“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 16:00.
22 yanvar
“Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Bayıl Arena”, 15:00.
“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 17:30.
23 yanvar
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 16:30.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


