Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Üç günü əhatə edəcək turun görüşləri oktyabrın 16-da, 17-də və 18-də keçiriləcək. Hər günə iki oyun təsadüf edəcək.
Premyer Liqa
8-ci tur
16 oktyabr
“Şamaxı” – “Şəfa”
Şamaxı şəhər stadionu, 15:00.
“Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
17 oktyabr
“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 16:00.
“Qarabağ” – “Neftçi”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
18 oktyabr
“Turan Tovuz” – “İmişli”
Tovuz şəhər stadionu, 16:00.
“Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu, 18:30.
Yeri gəlmişkən, Premyer Liqanın 2-ci turundan təxirə salınmış “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunlarının da tarixi açıqlanıb. Hər iki qarşılaşma dekabrın 17-də keçiriləcək. “Sabah” – “Sumqayıt” matçına saat 15:00-da, “Qarabağ” – “Kəpəz” görüşünə isə saat 18:30-da start veriləcək.
17 dekabr
“Sabah” – “Sumqayıt”
Bakı. “Dalğa Arena”, 15:00.
“Qarabağ” – “Kəpəz”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.


