Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Mərdəkanda baş tutub.
Burada “Araz-Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib. Bu oyundan öncə 27 xalla 2-ci pillədə qərarlaşmış Naxçıvan təmsilçisi növbəti qələbəsini qazanmağa çalışıb. Son iki turda qələbə qazanmış “Sumqayıt” da uğurlu çıxışını davam etdirmək istəyirdi. Sumqayıtın eyniadlı təmsilçisi 13 xalla 7-ci sırada qərarlaşmışdı.
Bu görüşün taleyini bir qol həll edib. Naxçıvan təmsilçisi yenə son dəqiqələrdə vurduğu yeganə qolla növbəti 3 xalını qazanıb. Bu, “Araz-Naxçıvan”ın cari mövsümdə sevindiyi 7-ci 1:0 hesablı qələbədir. Bu qələbə sayəsində xalını 30-a çatdıran muxtar respublika təmsilçisi artıq 1-ci sırada qərarlaşıb.
Premyer Liqa
13-cü tur
10 noyabr
“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0
Qol: Ülvi İsgəndərov, 87.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”, 16:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.


