Premyer Liqa: Elçin Məsiyev zədə aldı, əvəzləndi

Azərbaycan çempionatının (Premyer Liqa) 2025/26 mövsümünün 12-ci turunun “Karvan” – “Kəpəz” matçına təyinat almış Elçin Məsiyev əvəzlənib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 12-ci turda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.

Belə ki, Məsiyev zədələndiyi üçün “Karvan” – “Kəpəz” görüşünün baş hakimi Rauf Cabbarov olacaq. FİFA referisi bu qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda isə Rauf Cabbarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.

Premyer Liqa
12-ci tur
21 noyabr

14:00. “Karvan” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu.

22 noyabr

15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: