Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyunu Tovuzda keçiriləcək. Məlum səbəblərdən ev oyunlarını Tovuz şəhər stadionunda keçirmək məcburiyyətində qalan “Kəpəz” digər didərgin komandanı – “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşmanın baş hakim Elçin Məsiyev olacaq.
Sözügedən komandalar yubiley (10) matçında üz-üzə gələcəklər. Tərəflərin əvvəlki 9 oyununda heç-heçə qeydə alınmayıb. “Kəpəz”in 6, “Araz-Naxçıvan”ın isə 3 qələbəsi var. “Araz-Naxçıvan” son üç oyunda qol vurub. “Kəpəz” evdəki bütün matçlarda qol sevinci yaşayıb.
Cari mövsümdə isə Naxçıvan təmsilçisi iddialı çıxışı ilə diqqət çəkdiyi halda, Gəncə klubu çempionatın aşkar autsayderidir. “Araz-Naxçıvan” 30 xalla lider “Qarabağ”dan cəmi 1 xal geridə – 2-ci pillədə qərarlaşıb. “Kəpəz” isə 7 xalla 10-cudur.
Premyer Liqa
14-cü tur
22 noyabr
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu, 17:00.
23 noyabr
“Səbail” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Bayıl Arena”, 17:00.
“Neftçi” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi Arena”, 19:00.
24 noyabr
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 17:00.
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Rauf Allahverdiyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.


