Premyer Liqa: “Neftçi” 10 oyun sonra “Qarabağ”a qalib gələ bilər

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Qəbələdə keçiriləcək. Burada çempionatın aşkar autsayderi “Qəbələ” “Səbail”i sınağa çəkəcək. “Qəbələ” ilə “Səbail” daha öncə 25 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə əyalət təmsilçisi 12, paytaxt klubu 7 qələbə sevinci yaşayıb. 6 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

“Səbail” son 7 oyunda bu rəqibinə qol vurub. Bakı klubu son iki matçda quru hesabla qalib gəlib.

“Qəbələ” son altı çempion matçında 3 xala həsrət qalıb. Komanda bu oyunlarda 1 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Dənizçilər” isə son turda “Sabah”a 2:0 hesabıyla qalib gəliblər.

Turun qapanış, eyni zamanda mərkəzi oyununda isə “Neftçi” əzəli rəqibi “Qarabağ”la qarşılaşacaq. Uzun müddətdir məğlubiyyət tanımayan Ağdam təmsilçisi hazırda 57 xalla vahid liderdir. “Neftçi” isə 36 xalla liderin əsas izləyicilərindən biridir.

Azərbaycan çempionatının daimi iştirakçıları indiyə qədər Premyer Liqada 93 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə paytaxt klubu 23, Ağdam təmsilçisi 39 qələbə qazanıb, 31 oyun da sülhlə bitib. “Neftçi” son 10 görüşdə qələbə qazanmayıb. “Qarabağ” ardıcıl 3 qələbə qazanıb.

Premyer Liqa
25-ci tur
1 mart

“Sumqayıt” – “Kəpəz” 1:3
Qollar: İsa Suliman, 80 – Vüsal Məsimov, 20. Mate Kvirkviya, 63. Rüfət Əhmədov, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

2 mart

“Zirə” – “Turan Tovuz” 1:1
Qollar: Ceyhun Nuriyev, 62-pen – Belaydi Pusi, 12.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Sabah” – “Araz-Naxçıvan” 2:0
Qollar: Emmanuel Apeh, 54. Kahim Parris, 90+6-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Masazır Arena”, 18:30.

3 mart

“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: