Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 20-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Mərdəkanda baş tutub.

“Araz-Naxçıvan” burada “Neftçi”ni qəbul edib. Mövsümə uğurlu start versə də, ardıcıl 3 oyun idi uduzan Naxçıvan təmsilçisi uğursuz gedişata bu matçda son qoymaq arzusundaydı. Amma “Neftçi” də iki tur idi xal itirirdi və qələbə həsrətini “Dalğa Arena”da bitirmək istəyirdi.

Üç qolun qeydə alındığı bu görüş Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşıb. Bu nəticədən sonra “Araz-Naxçıvan” 42 xalla ikinci, “Neftçi” isə 18 xalla yeddincidir.

Premyer Liqa
20-ci tur
26 yanvar

“Araz-Naxçıvan” – “Neftçi” 2:1
Qollar: Vanderson Melo, 29. Ramon Maçado, 64 – Filip Ozobiç, 67.
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
Mərdəkan. “Dalğa Arena”, 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Neftçi: 1. Emil Balayev (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: