Premyer Liqa: “Neftçi” – “Qarabağ” matçı ilə yeni rekord

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün tamaşaçı sayında yeni rekord qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, 15-ci turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”dakı qarşılaşmanı 7069 seyrçi izləyib. Azərbaycan derbisindəki tamaşaçı sayı mövsümün arxada qalan 15 turu üçün ən yüksək göstəricidir. Buna qədərki rekord 9-cu turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsus idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 tamaşaçı qeydə alınıb.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyununda qonaq komanda üç cavabsız qolla qələbə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: