Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Zirədə keçiriləcək. Mövsümə heç də uğurlu başlamamış “Neftçi” burada “Zirə”nin qonağı olacaq. “Ağ-qaralar” 5 oyuna topladıqları 4 xalla 9-cu pillədə qərarlaşıblar. Roman Qriqorçukun çalışdırdığı komanda hələ qələbə hesabını aça bilməyib. “Zirə” isə bu mövsüm 4 oyun keçirib, 2 qələbə və 2 məğlubiyyət görüb. Rəşad Sadıqovun komandası 6 xalla 6-cı sıradadır.
Bu, “Zirə” ilə “Neftçi”nin 35-ci görüşü olacaq. Əvvəlki 34 oyunda zirəlilər 13, “neftçilər” 12 qələbəni bayram ediblər, 9 heç-heçə qeydə alınıb. “Neftçi” son 8 oyunda qol vurub. Son 6 matçda qonaq olan komanda qalib gəlməyib.
Tura “Sabah” – “Turan Tovuz” oyunu ilə yekun vurulacaq. Tovuz təmsilçisi bu mövsümə uğurlu start verib. Kurban Berdıyevin komandası hazırda 13 xalla zirvədə qərarlaşıb. 5 oyuna 10 xal toplamış “Sabah” da liderlər qrupundadır. “Bayquşlar” bu prinsipial matçda qalib gələ bilsələr, zirvəyə şərik ola bilərlər. Əks halda Tovuz klubu vahid liderliyini qorumuş olacaq.
“Sabah”la “Turan Tovuz” indiyə qədər 8 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə bakılılar 4, tovuzlular 3 qələbəni bayram ediblər. “Turan Tovuz” bütün səfərlərdə qol vurub. “Sabah” son üç ev görüşündə qalib gəlməyib.
Premyer Liqa
6-cı tur
13 sentyabr
“Araz-Naxçıvan” – “Kəpəz” 1:0
Qol: Bernardo Dias, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mərdəkan. “Dalğa Arena”. 19:30.
14 sentyabr
“Şamaxı” – “Sumqayıt” 1:0
Qol: Georgi Kantariya, 2.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu. 16:30.
“Qarabağ” – “Səbail” 2:1
Qollar: Leandro Andrade, 5; 56 – Fərid Nəbiyev, 58.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azərsun Arena”. 19:00.
15 sentyabr
“Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu. 18:00.
“Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”. 20:30.


