Premyer Liqa: “Qəbələ” “Neftçi”dən xal ala biləcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Araz-Naxçıvan”la “Sumqayıt” arasında keçiriləcək. Son iki oyunundan xalsız ayrılmış Naxçıvan təmsilçisi uğursuz gedişata son qoymağa, ardıcıl iki qələbə qazanmış Sumqayıt komandası isə uğurlu seriyanın davamını gətirəyə çalışacaq. Hazırda sumqayıtlılar 30 xalla 3-cü, naxçıvanlılar 26 xalla 6-cıdırlar.

“Araz-Naxçıvan”la “Sumqayıt” indiyə qədər cəmi 2 oyunda üz-üzə gəliblər. Bu oyunlardan birində heç-heçə qeydə alınıbsa, digərində “Sumqayıt” qalib gəlib. Hər iki oyunda eyni sayda – 2 qol vurulub.

Turun qapanış matçında isə “Neftçi” doğma meydanda çempionatın aşkar autsayderinə çevrilmiş “Qəbələ”ni qəbul edəcək. “Ağ-qaralar” hazırda 29 xalla 4-cü pillədə qərarlaşıblar. Əyalət təmsilçisi isə 14 xalla sonuncu – 10-cu sıradadır.

“Neftçi” ilə “Qəbələ” bu günə qədər 61 oyunda qarşılaşıblar ki, bu görüşlərdə paytaxt klubu 29, əyalət təmsilçisi 18 qələbəni bayram edib. 14 oyunda isə qalib müəyyənləşməyib. “Neftçi” son 3 oyunda qol vurub. Son iki qarşılaşmada iki qol qeydə alınıb.

Premyer Liqa
20-ci tur
26 yanvar

“Turan Tovuz” – “Səbail” 3:1
Qollar: Ayxan Hüseynov, 24. Luis Paçu, 73; 86 – Pedro Nuno, 81.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:00.

27 yanvar

“Kəpəz” – “Qarabağ” 1:2
Qollar: Olavale Onanuqa, 72 – Olavio Juninyo, 80. Toral Bayramov, 90+5-pen.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 15:00.

“Zirə” – “Sabah” 0:1
Qol: Sofian Çakla, 90+10-pen.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

28 yanvar

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Dalğa Arena”, 15:00.

“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: