Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı “Səbail”lə “Qəbələ” arasında baş tutacaq. Bakılılar hazırda 23 xalla 5-ci olduqları halda, əyalət təmsilçisi 11 xalla sonuncudur. “Qəbələ” son iki turda xala həsrətdir. “Səbail” isə dörd oyundur qələbə qazana bilmir.
Digər oyun “Araz-Naxçıvan”la “Sabah” arasında keçiriləcək. Komandaların turnir cədvəlində qonşu və cəmi 1 xal fərqlərinin olması bu oyuna marağı daha da artırır. Ardıcıl iki oyundur qalib gələn “Sabah” yenə qələbə qazanacağı halda nəinki Naxçıvan təmsilçisini qabaqlayacaq, hətta bir neçə pillə irəliləyə biləcək. Son beş oyunda qələbəyə həsrət olan “Araz-Naxçıvan” da 3 xal qazanacağı halda oxşar irəliləyişə nail ola bilər.
Premyer Liqa
17-ci tur
14 dekabr
“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Georgi Papunaşvili, 43 – Roi Kehat, 20.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:30
15 dekabr
“Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 13:00.
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Dalğa Arena”, 15:00.
16 dekabr
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 18:00.
18 dekabr
“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.


