Premyer Liqa: “Qarabağ” ili “Zirə” üzərində qələbə ilə başa vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, 18-ci turun və 2023-cü ilin sonuncu matçı Zirədə baş tutub.

Burada cari mövsümdə pis təsir bağışlamayan “Zirə” son çempion və lider “Qarabağ”la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Ağdam təmsilçisi səfərdə Olavio Juninyonun vurduğu qol sayəsində vacib qələbəyə sevinib.

Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran Qurban Qurbanovun komandası hazırda əsas izləyicisini 12 xal qabaqlayır. Belə ki, zirəlilər 29 xalla ikinci pillədə qərarlaşıblar. “Neftçi” 28 xalla üçüncü sıradadır.

Daha öncə “Qəbələ” “Sabah”a, “Sumqayıt” isə “Səbail”ə 1:0 hesabıyla qalib gəlmişdi. “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:1, “Neftçi” isə “Kəpəz”i 2:0 hesabıyla üstələmişdi.

Premyer Liqa
18-ci tur
24 dekabr

“Zirə” – “Qarabağ” 0:1
Qol: Olavio Juninyo, 30.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu. 18:30.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: