Premyer Liqa: “Qarabağ” “Neftçi”ni 3 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında milli çempionatımızın daimi iştirakçısı olan iki komanda – “Qarabağ” və “Neftçi” üz-üzə gəliblər. “Neftçi Arena”da baş tutan oyunu FİFA referisi Əliyar Ağayev idarə edib.

Ağdam klubu bu turda əldən verdiyi liderliyi geri qaytarmaq üçün əzəli rəqibinə səfərdə mütləq qalib gəlməliydi. Əks halda “Araz-Naxçıvan” 15-ci turu elə lider kimi başa vuracaqdı. Ötən tur “Zirə”yə qalib gəlmiş “Neftçi” isə uğurun davamını son çempionla oyunda da davam etdirmək arzusundaydı.

Əzəli rəqiblər 97-ci dəfə üz-üzə gəliblər. Əvvəlki 96 oyunda “Neftçi” 23, “Qarabağ” 42 qələbə qazanmışdı, 31 matç “sülh”lə yekunlaşmışdı. Top fərqində də “Neftçi” “Qarabağ”a uduzurdu – 84:133.

Sonuncu Azərbaycan derbilərində “Qarabağ” ardıcıl 6 qələbə qazanmışdı. “Neftçi” 13 görüş idi bu rəqibinə qalib gəlmirdi.

Elə bu oyunda da ənənə davam edib. Ağdam klubu əzəli rəqibinə səfərdə 3 cavabsız qolla qalib gəlib və yenidən vahid lider olub.

Premyer Liqa
15-ci tur
1 dekabr

“Neftçi” – “Qarabağ” 0:3
Qollar: Leandro Andrade, 27; 56. Nəriman Axundzadə, 54.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Neftçi Arena”.

Neftçi: 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Qarabağ: 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 19. Redon Cica, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: