Premyer Liqa: “Qarabağ” “Turan”a, “Neftçi” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu son çempion “Qarabağ”la “Turan Tovuz” arasında baş tutacaq. Beləcə, Tovuz təmsilçisinin təcrübəli baş məşqçisi Kurban Berdıyev Azərbaycanın ən uğurlu mütəxəssisi Qurban Qurbanovla ilk dəfə qarşılaşacaq. Hər iki komandanın mövsümə uğurlu başlaması və zirvədə qərarlaşması da oyuna olan marağıı artıran məqamlardandır.

“Neftçi” də bu gün “Araz-Naxçıvan”ın qonağı olacaq. Məlum səbəblərdən Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq bu oyunda “ağ-qaralar” ilk qələbəni rəsmiləşdirməyə çalışacaqlar.

Premyer Liqa
4-cü tur

23 avqust

“Səbail” – “Kəpəz” 4:0
Qollar: Fərid Nəbiyev, 12. Gitay Sofir, 34. Ayman Buali, 49. Süleyman Alluş, 54.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”. 19:00.

24 avqust

18:15. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azərsun Arena”.

20:30. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”.

25 avqust

18:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”.

20:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: