Premyer Liqa: “Qarabağ”dan ardıcıl 10-cu qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçında “Səbail” son çempion və hazırkı lider “Qarabağ”ı qəbul edib.

Çempionatdakı son 3 matçında xalsız qalmış “Səbail” “Qarabağ”a da uduzsa, 8-ci pilləyə yuvarlana bilərdi. “Dənizçilər” hazırda 27 xalla 5-cidirlər. Amma izləyiciləri bu turu qələbə ilə başa vuracaqları halda bu komandanı geridə qoyacaqlar. Ağdam klubu isə əksinə, 47 xalla zirvədə qərarlaşmışdı.

Bu komandalar daha öncə 25 oyunda üz-üzə gəlmişdilər və bu görüşlərdən ikisi heç-heçə bitmişdi. “Səbail” 3, “Qarabağ” isə 20 oyunda qələbə qazanmışdı.

Bu oyunda qapılara üç qol vurulub. Maraqlıdır ki, onların hamısı penalti nəticəsində reallaşıb. Hətta “Qarabağ” daha bir penalti qazanmasına rəğmən, onu boşa verib. Yekunda isə Ağdam təmsilçisi növbəti qələbəsini rəsmiləşdirib. Bu, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Premyer Liqada ardıcıl 10-cu qələbəsidir. Qələbə sayəsində lider xallarının sayını da 50-yə çatdırıb.

Premyer Liqa
21-ci tur
3 fevral

“Səbail” – “Qarabağ” 1:2
Qollar: Pedro Nuno, 68-pen – Toral Bayramov, 14-pen. Yassin Benzya, 59-pen.
Toral Bayramov 90+6-cı dəqiqədə penaltidən yararlana bilməyib (kənara).
Qırmızı vərəqə: Maksim Medvedev, 66 (ikinci sarı).
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
“Bayıl Arena”, 15:00.

Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 25. Nicat Məmmədzadə, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 55. Nir Bardea, 3. Silven Deslandes, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Qarabağ: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: