Premyer Liqa: “Səbail” 18 oyunluq sindroma son qoya biləcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Neftçi” “Səbail”i qəbul edəcək. Bu görüşü İnqilab Məmmədov idarə edəcək. Komandaların eyni xala (37) malik olması və qonşu pillələrdə qərarlaşması oyuna olan marağı daha da artırır. Qalib gələcək komanda birbaşa 2-ci pilləyə yüksələk.

“Neftçi” ilə “Səbail” indiyə qədər 25 oyunda üz-üzə gəliblər. Bu oyunlarda “ağ-qaralar” 18, “dənizçilər” 2 qələbə qazanıblar, 5 oyun heç-heçə bitib. “Neftçi” son 15 oyunda qol vurub. “Səbail” 18 matçdır qələbə qazanmır.

Premyer Liqa
27-ci tur
15 mart

“Neftçi” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 19:00.

16 mart

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mərdəkan. “Dalğa Arena”, 18:30.

17 mart

“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: