Premyer Liqa: “Səbail” – “Zirə” matçı da qolsuz bitdi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Bayılda baş tutub.

Burada “Səbail” doğma meydanda “Zirə”ni sınağa çəkib. Paytaxt təmsilçiləri daha öncə 25 oyunda üz-üzə gəlmişdilər ki, bu görüşlərdə zirəlilərin böyük üstünlüyü vardı. Belə ki, 4 qələbəsi olan “Səbail” bu rəqibinə 16 dəfə uduzmuşdu, daha 5 görüş heç-heçə yekunlaşmışdı. Elə bu oyunda da qalib müəyyənləşməyib. 2024-cü ilin ilk oyununda qol vura bilməyən komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.

Bu nəticədən sonra “Zirə” 30 xalla ikinci, “Səbail” isə 27 xalla 5-ci sırada qərarlaşıb.

Bu gün daha bir oyun keçiriləcək. “Kəpəz” Qəbələdə baş tutacaq qərb derbisində “Turan Tovuz”u “qəbul edəcək”. Bu oyuna saat 17:30-da start veriləcək.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” – “Neftçi” matçı da qolsuz bitmişdi – 0:0. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Premyer Liqa
19-cu tur
22 yanvar

“Səbail” – “Zirə” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Bakı. “Bayıl Arena”, 15:00.

Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah.
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 7. Madi Keta, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Zirə: 97. Tyaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 70. İssa Cibrilla.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: