Premyer Liqa: “Səbail”lə “Araz-Naxçıvan”dan məhsuldar heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü “Səbail”lə “Araz-Naxçıvan” arasında baş tutub.

Bu komandaların turnir cədvəlində qonşu, özü də eyni xala (30 xal) malik olması qarşılaşmaya olan marağı daha da artırırdı. Dörd qolun qeydə alındığı oyunda hesabı meydan sahibləri açıblar. Amma ilk yarının sonuna kimi Naxçıvan təmsilçisi Orxan Əliyevin dublu sayəsində oyunda dönüş yaratmağa nail olub. “Dənizçilər” məğlubiyyətdən ikinsi hissədə yaxa qurtarıblar.

Xatırladaq ki, “Səbail”lə “Araz-Naxçıvan” bu oyuna qədər 2 dəfə üz-üzə gəlmişdilər ki, həmin görüşlər də cari mövsümə təsadüf etmişdi. Əvvəlki oyunlardan birində “Səbail” qalib gəlmişdi, digəri sülhlə bitmişdi. “Araz-Naxçıvan” hələ bu rəqibi üzərində qələbə qazanmayıb.

Bu heç-heçədən sonra həm “Səbail”in, həm də “Araz-Naxçıvan”ın 31 xalı var.

23-cü turun ilk oyununda “Sabah” “Kəpəz”ə 3:2 hesabıyla qalib gəlib. “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları sabah baş tutacaq. Bu turun “Qəbələ” – “Qarabağ” oyunu isə fevralın 28-nə təxirə salınıb.

Premyer Liqa
23-cü tur
17 fevral

“Səbail” – “Araz-Naxçıvan” 2:2
Qollar: Aleksandr Ramalinqom, 13; 61 – Orxan Əliyev, 31; 35.
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
“Bayıl Arena”.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 77. Ayub Masika, 3. Silven Deslandes, 7. Madi Keta, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: