Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci görüşü Mərdəkanda baş tutub.
“Araz-Naxçıvan” “Sabah”ı qəbul edib. Çempionatın lideri olan Naxçıvan təmsilçisi 6 oyun idi ardıcıl qələbə qazanırdı. Mövsümün ilk turunda yalnız “Qarabağ”la oyunda məğlub olmuş Elmar Baxşıyevin kollektivi qalan oyunlarda da cəmi 3 heç-heçə etmiş, 12 qələbəyə sevinmişdi. 39 xalla zirvədə qərarlaşmış “Araz-Naxçıvan” liderliyi əldən verməmək üçün “Sabah”ı xalsız yola salmağa borclu idi. Amma Vasili Berezutskinin gəlişindən sonra məğlubiyyət tanımayan “bayquşlar” da bu oyundan xal və ya xallarla ayrılmaq iddiasında idilər.
Gərgin keçən qarşılaşmanın yekununda sevinən tərəf “Sabah” olub. Paytaxt təmsilçisi bir qolla qalib gəlib. Nəticədə Naxçıvan klubunun Premyer Liqadakı 15 oyunluq məğlubiyyət seriyası başa çatıb. Vurğulayaq ki, Elmar Baxşıyevin komandası bu müddətdə ölkə kubokunda da iki oyun keçirib və məğlub olmayıb.
Premyer Liqa
17-ci tur
14 dekabr
“Araz-Naxçıvan” – “Sabah” 0:1
Qol: Coy Lens Mikels, 78.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 16:30.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Qara Qarayev, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 75. Emil Həbibov, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.


