Premyer Liqa: “Sabah” “Səbail”i 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Masazırda baş tutub.

Burada “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər. “Bayquşlar” doğma meydanda baş tutan bu oyunda darmadağına seviniblər.

Turun qapanış matçında isə “Neftçi” “Turan Tovuz”la qarşılaşacaq. Bu oyuna saat 18:00-da start veriləcək.

Premyer Liqa
16-cı tur
10 dekabr

“Sabah” – “Səbail” 4:0
Qollar: Sofian Çakla, 8; 21. Jesse Sekidika, 28. Vensan Till, 59.
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev.
“Masazır Arena”, 15:00.

Sabah: 55. Nicat Mehbalıyev, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 12. Vensan Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 53. Fəxri Məmmədli, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Məşqçi: Artur Olenin.

Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Xəbəri sosial şəbəkələrdə paylaş: