Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Zirə” ilə “Sabah” arasında baş tutub.
Rəşad Sadıqovun çalışdırdığı “Zirə” Premyer Liqada keçirdiyi son 6 oyunda qələbə qazana bilməmişdi. Bu üzdən “qartallar” uğursuz gedişata son qoymaq arzusundaydılar. “Sabah” isə son üç oyunundan 2 məğlubiyyət, 1 heç-heçə ilə ayrılmışdı.
“Zirə” ilə “Sabah” daha öncə 21 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda zirəlilərin 6 qələbəsi vardısa, “Sabah” 9 dəfə oxşar uğura imza atmışdı. 6 oyun da bərabərliklə bitmişdi.
Bu görüş də heç-heçə bitməyə yaxın idi. Lakin matçın təzminat dəqiqələrinin də bitməsinə az qalmış penalti qazanan qonaqlar bu fürsəti boşa verməyiblər və minimal hesabla qələbə qazanıblar.
Zirəlilər hazırda 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Cari mövsümdə uğursuz çıxışı ilə seçilən “bayquşlar” isə 26 xalla 7-ci sıraya yüksəliblər.
Premyer Liqa
20-ci tur
27 yanvar
“Zirə” – “Sabah” 0:1
Qol: Sofian Çakla, 90+10-pen.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:30.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 12. Vensant Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 10. Namiq Ələsgərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.


