Premyer Liqa: “Sabah”la “Neftçi” 2024-cü ilə 1 xalla başladılar

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün ikinci yarısına start verilib.

Arena.az xəbər verir ki, 27 günlük qış fasiləsi 19-cu turun açılış matçı ilə başa çatıb.

Üçüncü dövrənin ilk oyun günündə bir qarşılaşma baş tutub. 2024-cü ilin, üçüncü dövrənin, 19-cu turun və günün yeganə matçında “Sabah” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib.

2022/2023 mövsümünün mükafatçıları arasında Bakı derbisi Masazırda təşkil olunub. Tərəflər yekunda meydanı qolsuz və 1 xalla tərk ediblər. Bu nəticədən sonra “Sabah” 23 xalla 7-ci, “Neftçi” isə 29 xalla 2-ci pilləyə yüksəlib.

Yeri gəlmişkən, bu qarşılaşma əcnəbi mütəxəssislərin dueli ilə əlamətdar olub. Rusiyalı Murad Musayevlə üz-üzə gələn monteneqrolu Miodraq Bojoviç “Neftçi”də debütünü rəsmiləşdirib.

19-cu turun qalan oyunları yanvarın 22-də və 23-də keçiriləcək.

Premeyr Liqa
19-cu tur
21 yanvar

“Sabah” – “Neftçi” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 16:00.

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 12. Vensan Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 10. Namiq Ələsgərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 37. Elton Əlibəyli, 28. Turan Vəlizadə, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 28. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: