Premyer Liqa: “Sumqayıt” “Səbail”i avtoqolla məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün sonuncu qarşılaşması “Sumqayıt”la “Səbail” arasında obaş tutub.

Sumqayıtda keçirilən bu oyunda meydan sahibləri qalib gəliblər. Qonaq komandanın legioneri Adi Mehremiçin avtoqolu “Sumqayıt”ı sevindirib.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Sabah”a 1:0 hesabıyla qalib gəlmişdi. Bu gün keçirilmiş ilk oyunda isə “Turan Tovuz” “Araz-Naxçıvan”ı sınağa çəkib. Lakin bu qarşılaşma Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin güclü külək səbəbindən aşması ilə əlaqədar yarıda qalıb. Bu oyunun son 10 dəqiqəsi sabah saat 12:00-dan etibarən davam etdiriləcək. Turun son matçları da sabah keçiriləcək.

Premyer Liqa
18-ci tur
23 dekabr

“Sumqayıt” – “Səbail” 1:0
Qol: Adi Mehremiç, 70-öz qapısına.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
“Sumqayıt Arena”. 18:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov.
Baş məşqçi: Şahin Diniyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: