Premyer Liqa: “Zirə” 2025-ci ilə qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü dövrənin və 19-cu turun ikinci oyun gününün ilk qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. Qış fasiləsi ərəfəsində iki ardıcıl məğlubiyyətlə üzləşməsinə baxmayaraq, 39 xalla 2-ci pillədə qərarlaşmış Naxçıvan təmsilçisi yeni ilə uğurlu start vermək arzusundaydı. Amma Rəşad Sadıqovun çalışdırdığı “Zirə” də doğma meydanda qələbə qazanmağı hədəfləmişdi. Çünki bu, 30 xalla dördüncü olan zirəlilərə müvəqqəti də olsa, üçüncü sıraya yüksəlmək şansı yaradacaqdı.

Qarşılaşmanın taleyini bir qol həll edib. Zirəlilər startda vurduqları yeganə qol sayəsində bu vacib oyundan 3 xalla ayrılıblar. “Araz-Naxçıvan” isə ardıcıl üçüncü məğlubiyyətinə üzülüb.

Premyer Liqa
3-cü dövrə, 19-cu tur
18 yanvar

“Zirə” – “Araz-Naxçıvan” 1:0
Qol: İsmayıl İbrahimli, 4.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 24. Yusuf Laval, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 18. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: