Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a da uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun son qarşılaşması lider “Zirə” ilə mövsümün sürpriz komandalarından sayılan “Araz-Naxçıvan” arasında baş tutub.

Zirəlilər bu rəqiblə “Dalğa Arena”da üz-üzə gəliblər. Qarşılaşma lider üçün uğursuz alınıb. Belə ki, Naxçıvan təmsilçisinin qələbəsiylə başa çatıb.

Daha öncə “Qarabağ” “Sumqayıt”a 5:0, “Neftçi” “Turan Tovuz”a 1:0 hesabıyla qalib gəlmişdi. “Səbail” – “Sabah” matçında isə heç-heçə (2:2) qeydə alınıb.

Premyer Liqa
8-ci tur
1 oktyabr

“Araz-Naxçıvan”– “Zirə” 1:0
Qol: Nuno Rodriqes, 78.
Qırmızı vərəqə: İqor Ribeyro, 90+4.
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev.
Bakı. “Dalğa Arena”, 18:30.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 15. Pyer Zebli, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: