Premyer Liqa: “Zirə” “Kəpəz”i 2 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçı “Zirə” ilə “Kəpəz” arasında keçirilib. Zirə İdman Kompleksinin stadionundakı oyunu Rauf Cabbarov idarə edib.

Xatırladaq ki, bu görüş əslində ötən gün keçirilməli idi. Amma ölkə ərazisindəki qarlı hava şəraiti səbəbindən bu qarşılaşma təxirə salınmışdı. Əvvəlcə 16:00-da keçirilməsi nəzərdə tutulan qarşılaşmanın 18:00-a təyin edildiyi bildirilsə də, son anda oyunun daha bir saat gec başlayacağı üzə çıxmışdı. Bir sözlə, bu gün saat 19:00-da nəhayət ki, turun son matçına start verilib.

Bu komandaların əvvəlki 22 oyununda “Zirə” 11, “Kəpəz” 3 qələbə qazanmışdı, 8 görüşdə qalib müəyyənləşməmişdi. “Kəpəz” son 14 matçda qələbə qazanmamışdı. “Zirə” son 4 görüşdə qalib gəlmişdi.

Elə bu oyunda da zirəlilər sevinən tərəf olublar. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda inamlı qələbəyə sevinib.

“Zirə” bu qələbədən sonra hazırda 45 xalla 2-ci, “Kəpəz” isə 19 xalla 9-cu pillədə qərarlaşıb.

Premyer Liqa
24-cü tur
24 fevral

“Zirə” – “Kəpəz” 2:0
Qollar: Rafael Utziq, 62. Rüstəm Əhmədzadə, 90+2.
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: