Premyer Liqa: “Zirə” Qəbələdən 1 xalla qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.

Burada “Qəbələ” ilə “Zirə” komandaları qarşılaşıblar. Meydan sahibləri bu oyundan öncə 14 xalla sonuncu pillədəydilər. “Zirə” isə yenidən ilk üçlüyə qayıtmaq üçün Qəbələdən 3 xalla dönmək istəyirdi.

“Qəbələ” ilə “Zirə” bugünədək 33 oyunda qarşılaşmışdılar. Bu oyunlarda əyalət təmsilçisi 12, qəsəbə təmsilçisi 7 qələbə qazanmışdı. 14 oyunda isə heç-heçə qeydə alınmışdı. “Qəbələ” son 3 ev görüşündə qələbə qazanmışdı. Son iki qarşılaşmada bir top vurulmuşdu.

Bugünkü oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Hesabı meydan sahibləri açsa da, qonaqlar buraxılan qolun əvəzini tez çıxa biliblər.

Premyer Liqa
21-ci tur
4 fevral

“Qəbələ” – “Zirə” 1:1
Qollar: Ülvi İsgəndərov, 14 – İlkin Muradov, 19.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 17:30.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Fares Abu Akel, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Zirə: 97. Tiaqo Silva, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: