Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşü Zirədə baş tutub.
Burada lider “Zirə” doğma meydanda “Qəbələ”ni sınağa çəkib. Cari mövsümdə çox uğursuz çıxış edən, “Kəpəz”in bu turdakı sürpriz qələbəsindən sonra sonuncu pilləyə düşən “Qəbələ” liderlə oyundan da məğlub ayrılıb. Zirəlilər penalti qolu sayəsində meydanı 3 xalla tərk ediblər və yenidən zirvəyə yüksəliblər.
Qeyd edək ki, turun son matçı bu gün “Qarabağ”la “Səbail” arasında baş tutacaq. Bu oyuna saat 19:00-da start veriləcək.
Bu turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” evdə “Kəpəz”ə (0:1), “Neftçi” “Sumqayıt”a (1:2), “Turan Tovuz” isə “Sabah”a (2:3) məğlub olub.
Premyer Liqa
13-cü tur
12 noyabr
“Zirə” – “Qəbələ” 1:0
Qol: Qismət Alıyev, 64-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:30.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 13. Kristof Atanqana, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava.
Baş məşqçi: Elmar Baxşıyev.


