Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu matçı Masazırda baş tutub.
Burada “Sabah” lider “Zirə” ilə qarşılaşıb. İlk hissədə azlıqda qalan meydan sahibləri bu oyundan xalsız ayrılıblar. “Zirə” son dəqiqələrdə vurduğu yeganə qolla bu matçda qələbə qazanıb və zirvədəki mövqeyini qoruyub.
Xatırladaq ki, bu gün baş tutan digər oyunda “Qəbələ” də evdə “Neftçi”yə uduzmuşdu. Əvvəlki günlərdə isə “Səbail” “Turan Tovuz”a 2:1, “Qarabağ” “Kəpəz”ə 7:1, “Sumqayıt” “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəlmişdi.
Premyer Liqa
12-ci tur
5 noyabr
“Sabah” – “Zirə” 0:1
Qol: Rüstəm Əhmədzadə, 90+1.
Qırmızı vərəqə: Emmanuel Apeh, 41.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev.
“Masazır Arena”, 18:30.
Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 28. Kahim Parris.
Məşqçi: Artur Olenin.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.


