Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, günün və turun son matçında “Sumqayıt”la “Zirə” komandaları üz-üzə gəliblər.
Rəşad Sadıqovun komandası zirvədəki mövqeyini qorumaq üçün səfərdən mütləq 3 xalla qayıtmalı idi. Amma “Sumqayıt” da rəqibi kimi son iki turda qələbə qazanmışdı və uğurlu seriyasını davam etdirmək arzusundaydı.
Xatırladaq ki, daha öncə “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Səbail” – “Kəpəz” (0:0) oyunlarında da qalib müəyyənləşməmişdi. “Sabah” evdə “Qarabağ”a uduzmuşdusa (1:2), “Qəbələ” “Turan Tovuz”a 4:0 hesabıyla qalib gəlmişdi.
Premyer Liqa
14-cü tur
24 noyabr
“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Sumqayıt Arena”, 18:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 18. Kristian Velinovski.
Məşqçi: Mübariz Orucov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla.
Baş məşqçi: Rəşad Sadıqov.


